“Səbail”: 5, 10, 15
Azərbaycan Premyer Liqasının 24-cü turu “Səbail” üçün yubileylərlə əlamətdar olub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, öz meydanında “Neftçi” ilə 2:2 hesablı heç-heçə edən Aftandil Hacıyevin komandası Premyer Liqada 10-cu dəfə bərabərliyə imza atıblar. Yubiley heç-heçəsi 52-ci qarşılaşmada qeydə alınıb. Bu, paytaxt təmsilçisinin öz meydanında 5-ci sülhü olub. Doğma divarlar arasında 26-cı matçını keçirən komanda həm də evdə 15-ci qolunu vurub. Yubiley qoluna Ağabala Ramazanov imza atıb.
Abbasovla Ramazanov üçün eyni göstərici
24-cü tur iki futbolçunun Azərbaycan çempionatlarında yubiley qolu ilə yadda qalıb. Hər iki oyunçu “Səbail” – “Neftçi” qarşılaşmasında fərqlənib. İlk qolu vuran Mirabdulla Abbasov özünün Premyer Liqada 20-ci qoluna imza atıb. O, bu rəqəmə 79-cu matçda çatıb. Hücumçu bu qollardan 12-nə (52 oyun) indiki komandasında imza atıb. Oyunun gedişində meydan sahiblərini önə çıxaran Ağabala Ramazanov da 20-ci qolunu vurub. O, 139-cu matçında buna nail olub. Forvard indiki klubunda keçirdiyi 20-ci oyunda 5-ci qola imza atıb.
Mövsümdə yeni rekord
“Səbail”in futbolçusu Ədilxan Qarəhmədov bu mövsüm qol vuran ən gənc futbolçu olub. Azərbaycan Premyer Liqasının 24-cü turunun “Neftçi” ilə oyununda (2:2) fərqlənən futbolçu 17 yaş 313 günlüyündə qol sevinci yaşayıb. 2001-ci il iyunun 5–də anadan olan gənc oyunçu mövsümün rekordunu 2 il 79 gün yeniləyib. Bu matçadək rekord 20 yaş 27 günlüyündə qol vuran Anton Krivotsyuka məxsus idi. “Neftçi”nin futbolçusu “Keşlə”ylə 2018-ci il sentyabrın 16-da keçirilən görüşündə rəqib qapısına yol tapmışdı.
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr
"Roma" De Rossi ilə bağlı qərarı rəsmən açıqladı
Ançelotti: "Mərhələ adlayacağımıza əmin idik"
Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək
Avrokubokun oyunları bu kanallarda
Qvardioladan məğlubiyyət şərhi
Dembele, Valverde, Kimmix, Brandt...
"Real"ın yarımfinala penaltilərlə yüksəldiyi oyun - Video
"Bavariya" və "Real" yarımfinalda
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
Gündoğan: "Hakim penalti verməli idi"