Noyer sıradan çıxdı

Noyer sıradan çıxdı
DÜNYA FUTBOLU 15 Aprel 2019 / 11:45 1392
-  A +

"Bavariya"nın qapıçısı Manuel Noyer zədələnib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Almaniya Bundesliqasının son turunda dünən "Fortuna" ilə keçirilən görüşdə ayağından xəsarət alan təcrübəli qolkiperin zədəsi ciddidir. Onun 2 həftə meydana çıxa bilməyəcəyi bildirilir. Bu isə o deməkdir ki, Noyer "Verder" və "Nürnberq"lə görüşü buraxacaq.

Qeyd edək ki, Noyer bu mövsüm Bundesliqada 26 oyuna çıxıb.

Son xəbərlər