Terim derbinin hakimləri haqda - "Bu peşə qorxaqların işi deyil"

Terim derbinin hakimləri haqda -  "Bu peşə qorxaqların işi deyil"
ÖLKƏ FUTBOLU 15 Aprel 2019 / 11:07 2204
-  A +

"Rahat qalib gələcəyimiz oyunda xal itirdik. Buna görə çox məyusam".

Qol.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Superliqasının 28-ci turunda "Fənərbaxça" ilə səfər oyunundan (1:1) sonra mətbuat konfransında deyib.

Azlıqda qalan rəqiblə görüşdə qələbəni əldən verdikləri üçün təəssüfləndiyini bildirən tcrübəli mütəxəssis hakimləri sərt tənqdi edib:

"Hakimlər haqda danışsam, cəzalandıracaqlar. Amma oyundan sonra hamı danışır, cəzalandırılmır. Nə olursa, "Qalatasaray"a olur. Qəribə hadisələr yaşanır. Söz tapmaqda çətinlik çəkirəm. Azlıqda qalan rəqibi məğlub edə bilmədik. 

Qol buraxdığımız epizodu hamı gördü. Hakim VAR-a baxıb cərimə zərbəsini göstərilməli idi. Hansısa komandanın yaxşı və ya pis oynamağı hakimi maraqlandırmamalıdır. Bu peşə qorxaqların işi deyil. Cərimə zərbəsi hamıya görə eyni olmalıdır. Hakimin qoldan sonra danışmağı, gözləməyi özü nəyinsə olduğunu göstərir. Mehmet Topalın epizoduna baxın. Hakimlərə demək istəyirəm ki, bu işi niyə görürsünüz? Qorxursunuzsa, işləməyin. Açıq şəkildə meydandan kənarda baş verənlərlə mübarizə aparırıq. Deməli, hakimi də məğlub etməliyik".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord