"Real"da 4 itki - Ramos, Kross...

"Real"da 4 itki - Ramos, Kross...
DÜNYA FUTBOLU 15 Aprel 2019 / 10:25 2621
-  A +

İspaniya La Liqasının 32-ci turunda "Leqanes"lə qarşılaşacaq "Real" oyuna ciddi itkilərlə çıxacaq.

Qol.az klubun saytına istinadən xəbər verir ki, komandanın 4 aparacı futbolçusu zədə səbəbindən bu görüşü buraxacaq.

Bunlar qapıçı Tibo Kurtua, müdafiəçi Serxio Ramos, yarımmüdafiəçi Toni Kross və hücumçu Junior Vinisusdur. Futbolçuların adı  matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, bu gün keçiriləcək "Leqanes" - "Real" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı