"Bavariya" liderliyini qorudu - Bundesliqa

"Bavariya" liderliyini qorudu - Bundesliqa
DÜNYA FUTBOLU 15 Aprel 2019 / 00:38 1912
-  A +

Almaniya Bundesliqasında 29-cu tura yekun vurulub.

Qol.az-ın məlumatına gör, son oyun günündə 3 qarşılaşma keçirilib.

Səfərdə "Fortuna"nın qonağı olan "Bavariya" inamlı qələbə qazanıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi liderliyini qoruyub.

Digər oyunlarda isə "Hoffenhaym" evdə "Herta"ya, "Auqsburq" isə səfərdə "Ayntraxt"a qalib gəlib.


14 aprel

"Hoffenhaym" - "Herta" - 2:0
Qollar:
N. Amiri, 29 (1:0), R. Nelson, 66 (2:0)

"Fortuna" - "Bavariya" - 1:4
Qollar:
K. Koman, 15 (0:1), 41 (0:2), S. Qnabri, 55, (0:3), D. Lukebakio, 89 (1:3), L. Qoretska, 90 (1:4)

"Ayntraxt" - "Auqsburq" - 1:3
Qollar:
Q. Patiensia, 14 (1:0), M. Ritçer, 31 (1:1), 45 (1:2), M. Qreqorits, 84 (1:3)

Qeyd edək ki, hazırda turnir cədvəlinə 67 xalla "Bavariya" başçılıq edir. 1 xal az toplayan Dortmund "Borussiya"sı 2-cidir. Üçüncü pillədəki "Leyptsiq"in 58, 4-cü "Ayntraxtın isə 52 xalı var.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord