İstanbul derbisində bərabərlik

İstanbul derbisində bərabərlik
DÜNYA FUTBOLU 14 Aprel 2019 / 22:07 3262
-  A +

Türkiyə Superliqasında 28-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün turun mərkəzi qarşılaşmasında "Qalatasaray" səfərdə "Fənərbaxça"nın qonağı olub.
 
Çempionluq uğrunda mübarizə aparan Fatih Terimin komandası İstanbul derbisində 19 ildir səfərdə uda bilmədiyi əzəli rəqibini məğlub edib, lider "Başakşəhər"lə xal fərqini 3-ə endirməyə, bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən "Fənərbaxça" isə doğma meydan və azarkeş amilindən maksimum yararlanıb, yenə "Cim-Bom"u evə xalsız göndərməyə çalışsa da, matçda qalib müəyyənləşməyib. İstanbul nəhəngləri arasında sayca 389-cu derbidə 1:1 hesabı qeydə alınıb.

Hazırda "Qalatasaray" 55 xalla 2-ci, "Fənərbaxça" isə 32 xalla 14-cü pillədə qərarlaşıb.


Türkiyə Superliqası, 28-ci tur

14 aprel

20:00. "Fənərbaxça" - "Qalatasaray" - 1:1
Qollar: H.Enyekuru, 66 (0:1), E.Elmas, 71 (1:1)

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı