"Komandanın üzərində təzyiq var. Buna baxmayaraq, oyunumuz ürəkaçan idi”.
Qol.az saytı xəbər verir ki, bu sözlər “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə “Qəbələ”yə uduzduqları oyundan (1:2) sonra mətbuat konfrasında deyib.
- Bu qədər imkanların fonunda qol vurmamaq və ikinci hissə başlayan kimi qol buraxmağımız məyusedici oldu. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Komandada psixoloji problemi futbolçular həll edə bilmir. İlk hissəni gözəl keçirdik. Rəqibi öz qapısı ağzına sıxdıq. Ancaq ikinci hissədəki psixoloji sindrom həlledici oldu. Adamın əziyyətinə heyfi gəlir. Bu cür oyunla uduzmamalı idik”.
- Məğlubiyyət komandaya necə təsir edəcək?
- Təkcə oyun deyil. Futbolçunun bir düşüncəsi olmalıdır – mütləq qələbə qazanmalıyam. Futbolçu uduzmaqdan qorxsa, istər-istəməz bu baş verəcək. Üç gündən sonra “Qarabağ”la ağır səfər oyunumuz var. Bacardığımız qədər komandanı bu vəziyyətdən çıxarmağa çalışacağıq. Elə şeylər var ki, məşqçinin, rəhbərliyin ona gücü çatmır. Bu, futbolçunun iradəsindən asılı olur. Peşəkar futbolçular ağır vəziyyətdən çıxış yolu tapırlar. “Yuventus”u A seriyasından aşağı göndərəndə liderlər getmədi və komandanı elitaya qaytardılar.
- Oyunçuların istəkli olmamasına səbəb maliyyə problemi ola bilərmi?
- Maliyyə problemi yoxdur. Bu günlərdə maaşlarını alıblar. Oyuna baxanda adamı məyus edən gözəl oyunun fonunda məğlub olmağındır. Bu da futbolun yazılmayan qanunudur.
- Kamran Ağayevin durumu nə yerdədir?
- Əli gipsdədir, mövsümü başa vurub. Əməliyyat da ola bilər. Hər halda gips açılandandan sonra bilinəcək.
- Davud Kərimi onu əvəz edə bilirmi?
- Gəlin bu haqda danışmayaq. Səhv hamınındır. Davudun təcrübəsi var. Rəqib Davuda qədər gəlib çıxırsa, deməli, hamının səhvi var. Futbolçularımın bu gözəl oyununa yalnız alqış düşür.
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki