Qriqorçuk Sxadadzeyə qalib gəldi

Qriqorçuk Sxadadzeyə qalib gəldi
DÜNYA FUTBOLU 14 Aprel 2019 / 18:55 3627
-  A +

Bu gün Qazaxıstan Premyer Liqasında 5-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun son oyununda "Astana" doğma meydanda "Ordabaşı"nı qəbul edib. Sözügedən matçı bizim üçün maraqlı edən amil hər iki komandanın baş məşqçisinin azərbaycanlı futbol həvəskarlarına yaxından tanış olmasıdır. İndiyədək ölkəmizə gəlmiş iki güclü məşqçi - Roman Qriqorçuk ("Astana") və Kaxaber Sxadadze ("Ordabaşı") bu tur üz-üzə gəliblər. Görüş Qriqorçukub komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Astana" liderliyə yüksəlib.

Qeyd edək ki, Qriqorçuk Azərbaycanda "Qəbələ"ni, Sxadadze isə "Standard" və "İnter"i (indiki "Keşlə")çalışdırıb. Əyalət təmsilçisini 2 dəfə Avropa Liqasında qrup mərhələsinə çıxaran Qriqorçuk ölkə çempionatı və kubokunun gümüş medallarını da qazanıb. Sxadadze isə "İnter"lə Azərbaycan çempionu olub.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı