Çempionlar Liqasında 2 oyunun hakimləri bilindi - Təyinatlar

Çempionlar Liqasında 2 oyunun hakimləri bilindi - Təyinatlar
DÜNYA FUTBOLU 14 Aprel 2019 / 13:58 3201
-  A +

Çempionlar Liqasının 1/4 final mərhələsinin iki cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Barselona" - "Mançester Yunayted" görüşü almaniyalı hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi Feliks Brix olacaq. Ona Mark Borş və Ştefan Lupp köməklik edəcəklər. Dördüncü hakim funksiyasını çexiyalı Pavel Kralovets yerinə yetirəcək. VAR (videotəkrar) hakimi Bastian Dankert, onun köməkçisi isə Marko Frits olacaq.

"Yuventus" - "Ayaks" qarşılaşmasında isə ədaləti fransalı referilər qoruyacaqlar. Oyunu Kleman Tyurpen idarə edəcək. Ona laysmanlar Nikolya Dano və Siril Qrinqor kömək edəcəklər. 4-cü hakim Benua Bastyen, VAR hakimləri isə Nikolya Renvil və Fransua Leteksye olacaq.

Qeyd edək ki, aprelin 16-da keçiriləcək hər iki oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq. İlk görüşdə "Barselona" səfərdə "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edib, "Yuventus" isə "Ayaks"la bərabərə qalıb - 1:1.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı