"Beş qol vurmuşam, dördünü qeyd ediblər" - "Zirə"nin bombardiri

"Beş qol vurmuşam, dördünü qeyd ediblər" - "Zirə"nin bombardiri
ÖLKƏ FUTBOLU 14 Aprel 2019 / 12:43 1982
-  A +

"Neftçi" ilə oyun bu matça daha çox köklənməyimizə səbəb oldu. Qələbə qazandığımız üçün məmnunuq".

Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin hücumçusu Xulio Sezar Rodriqes Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Qış fasiləsində paytaxt klubuna gələn paraqvaylı futbolçu artıq vurduğu qollarla nəyə qadir olduğunu göstərib. "Sumqayıt"la matçda da hesabı açan 28 yaşlı forvard qol sayının düzgün qeyd olunmamasından şikayətlənib: 

"Bir hücumçu üçün fərqlənmək önəmlidir. İşim qol vurmaqdır. 5 qola imza atmışam, ancaq rəsmi şəkildə 4 göstərilir. Çox istərdim ki, bunda dəyişiklik edilsin. Qolları vururamsa, bu, təkcə mənim əməyim deyil. Məndən arxada oynayan futbolçular da iş görür. Biz bir kollektivik, verilən tapşırıqları daha düzgün yerinə yetirməyə çalışırıq. Hər ötən gün komandamızda inkişaf nəzərə çarpır".
 
Rodriqes kubokun yarımfinalında "Sumqayıt"la keçirəcəkləri oyunlara da toxunub: "Oyuna çıxmazdan əvvəl missiyamız var idi. Matçın əhəmiyyətini yaxşı dərk edirdik. "Sumqayıt"la oyunda qələbə bizə daha çox inam verdi. Növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik. Final oynamaq karyeramda xüsusi hal kimi gerçəkləşəcək. Burada birinci mövsümümdə finalda çıxış etmək təqdirəlayiq olar. Düşünürəm ki, finala biz çıxacağıq".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord