"Onlarla yolları ayıracaqsız?" - Qurban Qurbanovun cavabı

"Onlarla yolları ayıracaqsız?" - Qurban Qurbanovun cavabı
ÖLKƏ FUTBOLU 13 Aprel 2019 / 21:09 7151
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqanın 24-cü turunda "Sabah"a evdə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə görüş haqda danışıb.

- Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla vacib qələbə qazandıq. Çox aqressiv komandaya qarşı oynayırdıq. Məlumdur ki, "Sabah"a bundan  əvvəl iki oyunda qalib gələ bilməmişdik. Bəlkə də ən aqressiv oyunlarını bizə qarşı oynamışdılar. Bu dəfə də hesabda geridə olsalar da, yenə hücum edirdilər. Dinamik bir komanda gördük. Həmkarım Elşad Əhmədovu təbrik edirəm.

- Bundan sonra ən çətin oyun kimi hansını düşünürsünüz?

- Hər matçdan sonrakı oyun ən çətindir. Çempionatın sonuna yaxınlaşdıqca bizim üçün hər oyun ağır olur. Ümumiyyətlə, psixoloji baxımdan daha çətindir.

- Emeqara və Reynaldo ehtiyatda qalır. Ancaq vaxtilə "Qarabağ"da yaxşı oynadıqlarına onları geri qaytarmısınız. Bu gün həmin hücumçularda nə çatmır?

- Hər oyun bizim üçün vacibdir. Demək olmaz ki, onlarda nəsə çatmır, hansısa planda zəifdirlər. Digər futbolçularımız heç də pis deyillər. Həm də hazırda oyunçu sayımız çoxdur. Ola bilər ki, qarşıdakı görüşlərdə onları meydanda görək. Hər bir futbolçu bizə lazımdır.

- Bəziləri ilə yollar ayrılacaq?

-  Hər mövsümün sonu dəyişikliklər ola bilər. Bu, normal prosesdir. Ancaq indi heç biri ilə bağlı qərar verilməyib.

Daha çox


Son xəbərlər