"Ola bilər ki, emosional reaksiya vermişəm" - Ayxan Abbasov

"Ola bilər ki, emosional reaksiya vermişəm" - <b style="color:red">Ayxan Abbasov </b>
PREMYER LİQA 13 Aprel 2019 / 19:20 1717
-  A +

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 24-cü turunda "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.Qol.az-ın məlumatına görə, 37 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib.

 - Qələbə üçün gəlmişdik. Oyun baxımından üstün olduq. Təəssüf ki, sonluq çatmadı. Bizdə ən çatışmayan şey qol vəziyyətlərindən yararlanmamağımızdır. Rəqib isə imkanlardan istifadə edə bildi. Sona 4 tur qalıb. Əlimizi aşağı salmaq olmaz. Qarşıdan kubok oyunları da gəlir. Əlimizdən nə gələcəksə, sona qədər vuruşacağıq. "Zirə"ni təbrik edirəm.

- Kubokla bağlı planlarınız nədir?

- Bu oyunda zədəlilərimiz çox idi. Dəyişikliklərdə də çətinlik çəkdik. Orta xətdə demək olar ki, futbolçumuz yoxdur. Elvin, Arif, Əfranın sıraya dönəcəyini gözləyirik. Böyük seçimimiz yoxdur. Hansısa futbolçu zədələnəndə çətinlik çəkirik. Kubok matçı “Sumqayıt” üçün çox önəmlidir.

 - Əli Babayev emosional şəkildə komanda yoldaşlarına nə isə dedi, sonra siz onun üstünə qışqırdınız. Ardınca isə əvəzlənməyini istədi. Nə baş verirdi?

- Oynayıb-oynamamağı sual altında idi. Dizində zədə var idi. Ola bilər ki, emosional reaksiya vermişəm. Onu sakit olmağa çağırırdım, sarı vərəqə almamasını istəyirdim. Əvəzlənmməsi dizindəki ağrılara görə idi. Oyundan əvvəl demişdi ki, 5 dəqiqəyə baxacam vəziyyətimə. Ola bilər ki, bu hadisələr üst-üstə düşüb.

 

Daha çox


Son xəbərlər
21.09.19  22:11

"Yuventus"dan qələbə

21.09.19  17:19

Millimiz yenə uduzdu

21.09.19  14:13

Zidan inamı itirib