Rüfət Dadaşov "Proyssen"ə qələbə qazandırdı

Rüfət Dadaşov "Proyssen"ə qələbə qazandırdı
XƏBƏR 13 Aprel 2019 / 18:16 3326
-  A +

Almaniyanın 3-cü Bundesliqasında 33-cü tura start verilib.

Qol.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə "Münhen 1860" ilə qarşılaşıb. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cü dəqiqədə məhz Rüfət Dadaşov  vurub. 90 dəqiqə meydanda olan millimizin üzvü 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Bu qələbə sayəsində turnir cədvəlində rəqibini qabaqlayan "Proyssen" 6-cı pilləyə yüksəlib.

Qeyd edək ki, bu, Rüfətin üçücü liqada 8-ci qolu olub.


Son xəbərlər