"Şeydayev qanımızı az qaraltmayıb" - rusiyalı məşqçi

"Şeydayev qanımızı az qaraltmayıb" - rusiyalı məşqçi
DÜNYA FUTBOLU 13 Aprel 2019 / 11:54 5707
-  A +

"Zenit" Futbol Akademiyasının 2006-cı ilə təvəllüdlü fubolçulardan ibarət komandasının baş məşqçisi Aleksandr Selenkov "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayevdən danışıb.

Qol.az xəbər verir ki, "Radio Zenit"ə müsahibə verən mütəxəssis 23 yaşlı futbolçunun Azərbaycan millisini seçməsinə təəssüfləndiyini bildirib:

"O, "Zenit"in 1996-cı il təvəllüdlü futbolçulardan ibarət komandasında oynayanda bizim qanımızı az qaraltmayıb. Demək olar ki, hər oyunda qapımıza qol vururdu. Hələ onda görünürdü ki, bu, yüksək səviyyəli futbolçudur. "Çox təəssüf ki, Azərbaycan vətəndaşlığını qəbul etdi və Rusiya millisi üçün oynaya bilməyəcək. Əinəm ki, o, hələ özünü göstərəcək. "Krılya Sovetov" Ramilin səviyyəsində komanda deyil".

Qeyd edək ki, Şeydayev "Zenit" Futbol Akademiyasının yetirməsidir. O, 2016-cı ilə qədər bu klubun şərəfini qoruyub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın