Bu gün hocanın doğum günüdür...

Bu gün hocanın doğum günüdür...
ÖLKƏ FUTBOLU 13 Aprel 2019 / 10:45 2819
-  A +

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür. Təcrübəli mütəxəssisin 47 yaşı tamam olur.

Futbolçu kimi, məşqçi karyerası da uğurlu alınan Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın sükanı arxasındadır. 11 ildə Ağdam klubuna ardıcıl 5 çempionluq qazandıran məşqçi komandanı 4 dəfə Avroliqanın, futbol tariximizdə ilk dəfə olaraq   isə Çempionlar Liqasının qrup mərhələsinə çıxarmaqla adını Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazdırıb.

Qazandığı uğurlara baxmayaraq, daim sadəliyi, təvazökarlığı ilə seçilən Qurbanov öz üzərində işləməyi, müasir futbolun yeniliklərini öyrənməyi sevən biridir.

Təbrik edirik!

 

Daha çox


Son xəbərlər
19.07.19  11:50

"Roma"dan yeni transfer

19.07.19  10:30

UEFA-nın yeni reytinqi