"Keşlə" - "Qəbələ": 49-cu duel

"Keşlə" - "Qəbələ": <b style="color:red">49-cu duel</b>
PREMYER LİQA 13 Aprel 2019 / 00:12 915
-  A +

Bu həftə Topaz Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək.

Qol.az-ın məlumatına görə, “Qəbələ” səfərdə “Keşlə” ilə görüşəcək. Aprelin 14-də oynanılacaq matç “ASK Arena” stadionunda olacaq. Bu görüş iki komanda arasında 49-cu qarşılaşma olacaq.

İndiyədək “Qəbələ” və “Keşlə” ümumilikdə 48 görüşdə üz-üzə gəlib. “Qırmızı-qaralar” 15, Bakı klubu 16 qələbə qazanıbsa, 17 oyunda heç-heçə qeydə alınıb. Top fərqində paytaxt təmsilçisi üstündür – 60:50. Bu qarşılaşmalarda 5 qol vuran Daniel Subotiç “Qəbələ”nin ən məhsuldar oyunçusudur.

Oynanlan 48 matçdan 5-i kubok, 43-ü çempionat çərçivəsində keçirilib. Bu görüşlərdə 12 qələbəsi olan komanda 17 dəfə bir xalla kifayətlənib. 14 qarşılaşmada isə “Keşlə” üç xala sevinib. Premyer Liqada 43 qol vuran komanda 53 top buraxıb.

 

 

Daha çox


Son xəbərlər
26.05.19  12:23

"Fiorentina" satılır

26.05.19  11:08

Messi bunu da bacardı

26.05.19  10:25

Hakim qol vurdu - Video

25.05.19  17:09

Ronaldo oynamayacaq