Qadın güləşçilərimizdən 1 qızıl, 2 bürünc medal - Avropa çempionatı

Qadın güləşçilərimizdən 1 qızıl, 2 bürünc medal - Avropa çempionatı
XƏBƏR 12 Aprel 2019 / 21:59 3418
-  A +

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, dördüncü yarış günündə daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

Tatyana Varansova ilk mərhələdə ikiqat dünya və Avropa çempionuna müqavimət göstərə bilməyib.

Alyona Kolesnik startda isveçli rəqibini elə ilk dəqiqədə "tuşe" ilə məğlub edib. Macar idmançıyla görüşə də yaxşı başlayan Kolesnik 5 xal fərqiylə önə çıxıb. Ancaq üstünlüyünü qoruya bilməyən Alyona xalçadan məğlub ayrılıb. Rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü aprelin 12-də təsəlliverici görüşə çıxıb. Yerli idmançıyla qarşılaşan Alyona elə ilk hissədə "tuşe" ilə qalib gəlib. Kolesnik axşam seansında Bolqarıstan təmsilçisini də "tuşe" ilə üstələyərək yığmamızın hesabına növbəti bürünc medalı yazıb.

Tatyana Omelçenko da qitə birinciliyinə inamlı qələbəylə start verib. Yığma üzvü Norveç təmsilçisini vaxtından əvvəl üstələyib. Omelçenko daha sonra gücünü polşalı rəqibinə göstərib və adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında bolqar güləşçiyə uduzub. Tatyana aprelin 12-də “bürünc” üçün güləşib və ukraynalı həmkarını üstələyərək Avropa 3-cüsü olub.

Elis Manolova ilk mərhələdə çətinliklə də olsa, isveçli həmkarına qalib gəlib. Elis 1/4 finalda alman güləşçini də məyus edərək yarımfinala yüksəlib. Bu mərhələdə dünya və Avropa çempionu ilə qarşılaşan Manalova möhtəşəm güləş sərgiləyib. Titullu rəqibini “tuşe” ilə məğlub edən Elis ötən il Kaspiyskdə keçirilən analoji yarışdakı məğlubiyyətin əvəzini çıxıb və ardıcıl 2-ci il AÇ-nin finalına yüksəlib. Aprelin 12-də yerli güləşçiylə finalda üz-üzə gələn Manalova hesabda 0:4 geridə olsa da, əzmkarlıq, əsl idmançı xarakteri nümayiş etdirərək möhtəşəm geridönüş edib. Son saniyələrdə icra etdiyi dəqiq fənd nəticəsində dramatik finaldan üzüağ çıxan yığmamızın üzvü ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

53 kq

1/8 final - Tatyana Varansova - Vanesa Kaladzinskaya (Belarus)

57 kq

1/8 final - Alyona Kolesnik - Sara Lindborq (İsveç) - 2:0 (tuşe)

1/4 final
- Alyona Kolesnik - Emese Barka (Macarıstan) -5:6

Təsəlliverici görüş - Alyona Kolesnik - Denisa Fodor (Rumıniya) - 4:0 (tuşe)

Bürünc medal görüşü - Alyona Kolesnik - Mimi Nikolova Xristova (Bolqarıstan) - 10:2

62 kq

1/8 final - Tatyana Omelçenko - Hedda Hauq Strand (Norveç) - 12:1

1/4 final - Tatyana Omelçenko - Katarjina Madrovska (Polşa) - 6:0

1/2 final - Tatyana Omelçenko - Taybe Mustafa Yuseyin (Bolqarıstan) - 0:4

Bürünc medal görüşü - Tatyana Omelçenko - İlona Prokopevniuk (Ukrayna) - 6:4

65 kq

Təsnifat - Elis Manalova - Anna Katerina Yohansson (İsveç) - *2:2

1/4 final - Elis Manalova - Lusi Manke (Almaniya) - 2:0

1/2 final - Elis Manalova - Petra Olli (Finlandiya) - 5:0 (tuşe)

Final - Elis Manalova - Krişta Tunde İnçe (Rumıniya) - 6:4


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı