Şeydayev əsas heyətdə oynadı

Şeydayev əsas heyətdə oynadı
ÖLKƏ FUTBOLU 12 Aprel 2019 / 21:33 4298
-  A +

Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki,  komanda 23-cü turda doğma meydanda "Rubin"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

“Krılya Sovetov” - "Rubin" - 1:0
Qol:
Zhinovski, 56

Şeydayev bu görüşdə start heyətdə meydana daxil olub və 81-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Krılya Sovetov” hazırda  27 xalla 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Şeydayev bu mövsüm Premyer Liqada 4 qol vurub.

Daha çox


Son xəbərlər