Ronaldo ilə deyil, gənclərlə...

Ronaldo ilə deyil, gənclərlə...
XƏBƏR 12 Aprel 2019 / 15:30 4372
-  A +

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A seriyasında “Spal”la oyunda bir neçə lider futbolçusuna istirahət vermək fikrindədir.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, “Ayaks”la aprelin 16-da keçiriləcək  Çempionlar Liqasının təkrar oyununa görə bu addımı atacağını deyib.

“Qarşıdakı oyun bir neçə gənc oyunçu üçün şans olacaq. Ronaldonu və digərlərini sabah oynatmaqla risk etməyin mənası yoxdur” – deyə o bildirib.

Xatırladaq ki, “Spal” – “Yuventus” oyunu aprelin 13-ü Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.


Son xəbərlər