Dörd legioneri “Qarabağ”ı tərk edir? – rəhbərlikdən açıqlama

Dörd legioneri “Qarabağ”ı tərk edir? – rəhbərlikdən açıqlama
ÖLKƏ FUTBOLU 12 Aprel 2019 / 13:23 8327
-  A +

“Qarabağ” mövsümün bir neçə legioneri ilə müqaviləni uzatmayacaqları barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Klubun direktoru Əmrah Çelikel Qol.az saytına açıqlamasında Con Delarj, İnnosent Emeqara və Reynaldo ilə müqavilənin müddətinin uzadılmayacağı barədə məlumatlarla bağlı deyib: “Bununla əlaqədar klub rəhbərliyi ilə baş məşqçi arasında heç bir müzakirə aparılmayıb. Adətən, transfer məsələsinə dair görüşlərimiz mövsümün sonuncu oyunundan sonra olur”.

Ə.Çelikel xüsusi qeyd edib ki, klub transfer məsələsində baş məşqçi Qurban Qurbanovun qərarını əsas götürür.

“Qarabağ”ın digər futbolçusu Miçelin yeni mövsümdən “Neftçi”də çıxış edəcəyi barədə xəbərlərə də toxunan klub rəsmisi bundan məlumatsız olduğunu, adıçəkilən oyunçu da daxil olmaqla hələlik heç bir futbolçu ilə danışıqlar aparmadıqlarını söyləyib.

Rəhbərliyin son görüşündə nə danışılıb?



Ə.Çelikel “Qarabağ” rəhbərliyinin dünən baş məşqçi Qurban Qurbanovla görüşü haqda isə qısaca olaraq bildirib: “Klubumuzun prezidenti və vitse-prezidenti daim “Qarabağ”ı nəzarətdə saxlayır. Dünənki görüşdə də ümumi vəziyyətlə maraqlandılar, komandaya uğurlar arzuladılar”.

Daha çox


Son xəbərlər