Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Qol.az-ın məlumatına görə, beşinci yarış günündə yunan-Roma güləşi üzrə yarışa start verilib. Bu gün 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizə aparır.
Dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serb güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. Eldəniz 1/4 finalda əsas rəqiblərindən sayılan gürcü idmançıya da heç bir şans tanımayıb və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə uduzan Əzizli aprelin 13-də bürünc medal uğrunda güləşəcək.
Taleh Məmmədov təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançıyla görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf təmsilçimiz olub. Beləliklə, Taleh də yarımfinala adlayıb. Ancaq bu mərhələdə Norveç idmançısına yenilib. Məmmədov da aprelin 13-də 3-cü yer uğrunda mübarizə aparacaq.
Elvin Mürsəliyev ilk mərhələdə alman həmkarına müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyindən Elvin aprelin 13-də təsəlliverici görüşə çıxacaq.
İslam Abbasov startda çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisini də məyus edərək 1/4 finala vəsiqə qazanıb. İslam növbəti mərhələdə Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanan 3-cü yunan-Roma güləşçimiz olub. İslam yarımfinalda da əla güləş sərgiləyərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. İslam aprelin 13-də həlledici qarşılaşmada son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu Jan Belenyukla üz-üzə gələcək.
Sabah Şəriəti debütdə Çexiya pəhləvanı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra türkiyəli dünya çempionuna uduzub. Rza Kayaalpın finala yüksəlməsi Şəriətiyə mübarizəni aprelin 13-də təsəlliverici görüşlə davam etdirmək imkanı verib.
Qeyd edək ki, final görüşləri aprelin 13-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
55 kq
Təsnifat - Eldəniz Əzizli - Sebastyan Kolompar (Serbiya) - 9:4
1/4 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (Gürcüstan) - 9:0
yarımfinal - Eldəniz Əzizli - Vitali Kabaloyev (Rusiya) - 5:7
Bürünc medal görüşü - Eldəniz Əzizli - Şerif Kılıc (Türkiyə) / Vladislav Korostelov (Ukrayna)
63 kq
Təsnifat - Taleh Məmmədov - Donior İslamov (Moldova) - 8:3
1/4 final - Taleh Məmmədov - Mixai Mihut (Rumıniya) - 8:7
yarımfinal - Taleh Məmmədov - Stiv Andre Berge (İsveç) - 2:5
Bürünc medal görüşü - Taleh Məmmədov - Slavik Qalstyan (Ermənistan) / Maksim Nehoda (Belarus)
77 kq
Təsnifat - Elvin Mürsəliyev - Roland Şvarts (Almaniya) - 0:6
87 kq
Təsnifat - İslam Abbasov - Denis Kudla (Almaniya) - 1:1
1/8 final - İslam Abbasov - Davit Çakvetadze (Rusiya) - 2:1
1/4 final - İslam Abbasov - Maksim Manukyan (Ermənistan) - 6:1
yarımfinal - İslam Abbasov - Mikalay Stadub (Belarus) - 4:0
Final - İslam Abbasov - Jan Belenyuk (Ukrayna)
130 kq
Təsnifat - Sabah Şəriəti - Stepan David (Çexiya) - 7:1
1/8 final - Sabah Şəriəti - Rıza Kayaalp (Türkiyə) - 0:5
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın