Joze Alesio millimizin oyunundan razıdır

Joze Alesio millimizin oyunundan razıdır
XƏBƏR 12 Aprel 2019 / 00:09 1724
-  A +

Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
 
Qol.azən məlumatına görə, Latviya yığması ilə qarşılaşma millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Teles Thaqonun dubl etdiyi oyunda digər qolu Vitali Borisov vurub.

Bu komandalar arasında növbəti oyun aprelin 12-də Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.

Matçdan sonra millimizin baş məşqçisi Joze Alesio Da Silva AFFA-nın saytına fikirlərini bildirib: "İki fərqli hissə keçirdik. Fasiləyə qədər daha yaxşı oynadıq. Həm fiziki, həm də düşüncə baxımından rəqibi üstələdik. Meydanda müxtəlif tapşırıqları icra etməklə oyuna nəzarəti özümüzdə saxladıq. Düzdür, hesabı Latviya millisi açdı. Həmin epizodda müdafiədə sadə səhvə yol verdik və onlar qol vurdu. Ancaq rəqibin xeyrinə hansısa təhlükəli hücumdan, düşünülmüş kombinasiyadan danışmaq mümkün deyil. Əksinə, bizim qol vurmaq üçün epizodlarımız oldu. Ən əsası, fasiləyə qədər intizamlı çıxış etdik".

O, ikinci hissədə müəyyən qədər qopmalar olduğunu bildirib: "Üstünlüyü rəqibə verdik. Onlar doğma meydan amilindən də istifadə etməyə çalışdılar. Komandamda isə yorğunluq oldu. Bunu yol qət etməyimizlə, heyətə cəlb edilən bir neçə oyunçunun xeyli vaxtı nəzarətim altında oynamaması ilə və daha çox futzalçıya şans verməklə bağlayıram. Çatışmazlıqlara baxmayaraq, əks-hücumlarda qollar vurmaqla qələbə qazanmağı bacardıq. Ümumi götürdükdə, oyundan razı qaldım. Səhv etməyimizə və ikinci hissədə nisbətən zəif çıxışımıza millinin xeyli vaxtdır bir yerə toplaşmaması, oyun keçirməməsi təsirsiz ötüşmədi”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı