PFL prezidenti klublarımızın Türkiyədəki hazırlığından razıdır

XƏBƏR 22 Yanvar 2009 / 19:00 2421
-  A +

«Komandalarımızın Türkiyədə təlim-məşq toplanışı keçməsi çox yaxşı haldır. Hazırlıq proseslərində xoş təsir bağışlayırlar». Qol.Az-a verdiyi açıqlamada hazırda Antalyada olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev belə deyib. PFL rəhbəri hesab edir ki, bunun böyük faydası olacaq: «Klublarımızın yoxlama oyunları keçirməsi sayəsində futbolçuların oyun təcrübəsi artır. Digər tərəfdən, komandalar daha yaxşı hazırlaşırlar. Bu o deməkdir ki, Premyer liqanın ikinci dövrəsi çox maraqlı və gərgin keçəcək. Bizlər də bunu istəyirik. Ona görə ki, harada güclü rəqabət var, orada sürətli inkişaf olur».


Son xəbərlər