Marçello Lippi “Liverpul”un yeni baş məşqçisi oldu

XƏBƏR 29 İyun 2010 / 19:22 2039
-  A +

İtaliya millisinin keçmiş baş məşqçisi Marçello Lippi CAR-da keçirilən dünya çempionatındakı uğursuzluqdan sonra özünə yeni iş yeri tapıb. Qol.Az-ın verdiyi məlumata görə, Lippi kariyerasını İngiltərə premyer liqasında davam etdirəcək. Onun sözlərinə görə, bir çox Avropa ölkələrindən təklif gəlsə də, o məhz  “Liverpul”u  seçib: “Bilirəm ki, İngiltərə premyer liqasında uğur qazanmaq heç də asan olmayacaq. Lakin bununla belə, mən  mümkün olacaq bütün titullara sahib çıxmaq üçün “Liverpul”a gəlmişəm. Buna nail olmaq üçün isə mənə bir qədər vaxt lazım olacaq” – deyə Lippi bildirib.


Son xəbərlər