"Qəbələ"nin hücumçusu Rauf Əliyev Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın son turunda evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan danışan futbolçu avrokuboklara vəsiqə qazanmaq şanslarını da dəyərləndirib.
- Bu mövsüm "Qarabağ"a qarşı keçirdiyiniz 4 oyunun hər birində uduzmusunuz. Son turdakı məğlubiyyəti necə şərh edərdin?
- Biz üçüncülük, "Qarabağ" çempionluq uğrunda mübarizə aparır. Ona görə də oyunun gərgin keçəcəyini bilirdik. Rəqib son dəqiqələrdə qol vurub, qələbə qazandı. Halbuki ən azından 1 xal götürə bilərdik. İkinci hissənin əvvəlində yaxşı qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Həmin epizodlarda fərqlənə bilsəydik, oyun tam başqa məcrada keçəcəkdi. Təəssüf ki, uduzduq. Əlbəttə, məğlubiyyət pisdir. Üçünçü yer uğrunda yarışırıqsa, qalib gəlməliydik. Öz işimizi çətinləşdirdik. Amma qarşıda hələ 5 tur var. Mübarizə aparacağıq.
- Sabiq komandanın qapısına baxımlı qol vurdun. Bununla bağlı nə deyə bilərsən?
- Hücumçuyam, işim qol vurmaqdır. "Qarabağ"la oyunda fərqləndim. Amma komandama xeyiri olmadı. Adamı üzən də budur. Vurduğum qola görə sevinsəm də, sonda məğlubiyyətə üzüldüm.
- "Qarabağ"a məğlubiyyətdən sonra yəqin ki, "Səbail"in də "Sabah"a uduzmasına sevindiniz...
- "Səbail"lə qarşıda bizim özümüzün də oyunumuz var. Onları da çətin matçlar gözləyir. Düşünürəm ki, xal fərqini əritmək olar. Hər şey özümüzdən asılıdır. Vaxtında itirdiyimiz xalların əziyyətini çəkirik. Ancaq 5 tura hər şeyi bərpa etmək olar. Əlimizdən gələni edəcəyik. Bunu bacara biləcək gücdəyik. "Səbail"in uduzmağına sevinməyimizə gəlincə, onlar bizə o qədər də maraqlı deyil. Əsas öz oyunumuzdur. Əsas öz oyunumuzdur. Yaxşı nəticələr qazansaq, hər şey bizim lehimizə olacaq. Öz aramızda da oyun var. Hələ ki, heç nə həll olunmayıb. İnanıram ki, mövsümün sonunda sevinən tərəf biz olarıq.
- Son 3 oyunda qələbə qazana bilmirsiniz. İki heç-heçə edib, bir dəfə məğlub olmusunuz. Bunun səbəbini nədə görürsən?
- Doğrudan da vacib oyunlarda xalla itirdik. "Sabah"la matçda zəif çıxış etmişdik, ona görə də bərabərlik qeydə alındı. Zəif oynasaq da, bir xal qazandıq. "Qarabağ"la görüşdən də xal götürə bilərdik. Futboldur, hər şey ola bilər. Qarşıda oyunlarımız var. Ümid edirəm ki, hər şeyi yoluna qoya bilərik.
- Təxminən 2 həftədən kubokun yarımfinalında da "Qarabağ"la yollarınız kəsişəcək. Səncə, "Qarabağ" sindromunu sındırıb, finala çıxa biləcəksinizmi?
- Əlbəttə ki, yenə çətin olacaq. Kubok çempionatdan bir az fərqlənir. Şansımız var. "Qəbələ" də sıradan komanda deyil. Sonadək mübarizə aparacağıq. Ümid edirəm ki, finala biz çıxarıq. Bunun üçün nəyimiz varsa, "Qarabağ"la matçda ortaya qoyacağıq. Amma kubok oyunlarına hələ vaxt var. İndiki məqamda çempionatı fikirləşməliyik.
- Bu mövsüm Sənan Qurbanov çox tənqid olunur. Hətta komandanın indiki vəziyyətinə görə futbolçuları yox, məhz onu qınayırlar...
- Futbolda hər zaman tənqid var. Hamı tənqid olunur. Ancaq mən Sənan Qurbanov haqda deyilənləri haqlı saymıram. Məşqçi öz işini görür, ola bilər ki, biz sabit çıxış etmirik. Əsas oyunlarda xal qazana bilmirik. Üçüncü dövrəni yaxşı keçirmişdik, hamı "Qəbələ"dən danışırdı. Ola bilər ki, dördüncü dövrəyə bir qədər pis başlamışıq. Hələ ki, hər şey yenə öz əlimizdədir. Ardıcıl 2 qələbə qazansaq, "Qəbələ"nin həm məşqçisi, həm futbolçuları yenə təriflənəcək. Futbolda belədir ki, ardıcıl xal itirən kimi hamı tənqidi fikir bildirir. Əsas odur ki, komanda olaraq, buna fikir verməyək. Məncə, hər şey yoluna düşəcək.
Elnur SALAHOV
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı