Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün daha 5 çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulub.
Qol.az xəbər verir ki, ikinci yarış günündə 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq-da çıxış edən pəhləvanlar qüvvəsini sınayıb.
61 kq çəkidə Əsgər Məmmədəliyev təsnifat mərhələsindəcə Nikolay Oxlopkova (Rumıniya) məğlub olub.
74 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev 1/8 finalda Moldova idmançısı Georgi Paskalova 10:1 hesabı ilə qalib gələrək, 1/4 finala adlayıb. O, bu mərhələdə rumıniyalı Maksim Vasilioqlo ilə qarşılşıb və 11:0 hesablı qələbə ilə yarımfinala yüksəlib. O, yarımfinalda italiyalı Frank Markes Çamizoya uduzub - 2:6.
86 kq çəkidə Murad Süleymanov Riçard Ferents Liqetiyə (Macarıstan) 5:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. O, daha sonra almaniyalı Ahmed Dudarovu 10:1 hesabı ilə məğlub edərək, adını 1/4 finala yazdırıb. Süleymanovun növbəti rəqibi - ispaniyalı Teymuraz Naskidevanı 7:2 ütələsə də, yarımfinalda rusiyalı Vladislav Valievə uduzub.
125 kq çəkidə güləşçimiz Seyid Məhəmmədrza Azərşakib təsnifat mərhələsində Eqzon Şalaya (Kosovo) uduzub - 9:13.
Şərif Şərifov yarışa 1/4 finaldan qoşulub. Olimpiya çempionu Rusiya təmsilçisi Məhəmməd Qurbanovu 6:2 hesabı ilə üstələyərək, yarımfinala adlayıb. İdmançımız final yolunda İrakli Mtsitui (Gürcüstan) ilə görüşüb və 8:2 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə polşalı Zbiqnev Baranovksi ilə qarşılaşacaq.
61 kq
Təsnifat - Əsgər Məmmədəliyev - Nikolay Oxlopkov (Rumıniya) - 0:6
74 kq
1/8 final - Hacımurad Hacıyev - Georgi Paskalov (Moldova) - 10:1
1/4 final - Hacımurad Hacıyev - Maksim Vasilioqlo (Rumıniya) - 11:0
yarımfinal - Hacımurad Hacıyev - Frank Markes Çamizo (İtaliya) - 2:6
86 kq
Təsnifat - Murad Süleymanov - Riçard Ferents Liqeti (Macarıstan) - 5:0
1/8 final - Murad Süleymanov - Ahmed Dudarov (Almaniya) - 10:1
1/4 final - Murad Süleymanov - Taymuraz Naskidaeva (İspaniya) - 7:2
yarımfinal - Murad Süleymanov - Vladislav Valiev (Rusiya) - 0:7
92 kq
1/4 final - Şərif Şərifov - Məhəmməd Qurbanov (Rusiya) - 6:2
yarımfinal - Şərif Şərifov - İrakli Mtsitui (Gürcüstan) - 8:2
final - Zbiqnev Baranovksi (Polşa)
125 kq
Təsnifat - Seyid Məhəmmədrza Azərşakib - Eqzon Şala (Kosovo) - 9:13
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi