Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.
Qol.az xəbər verir ki, yarışın ilk günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.
65 kiloda mübarizə aparan üçqat dünya, ikiqat Avropa çempionu Hacı Əliyev təsnifat mərhələsində əvvəlcə belaruslu Hüseyn Şaxbanovu, daha sonra - 1/8 finalda Ermənistan təmsilçisi Vazgen Tevanyanı məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə rusiyalı Naçin Kuları üstələyərək yarımfinala yüksəlib. Güləşçimiz 1/2 finalda Maksim Sakultan (Moldova) məğlub edərək (12:2) finala çıxıb.
O, finalda Selahəttin Kılıcsallayanla (Türkiyə) qarşılaşacaq.
70 kq.da yarışan Ağahüseyn Mustafayev isə təsnifat mərhələsində Məhəmmədrəsul Qazıməhəmmədovu (Rusiya) 5:3, 1/4 finalda başqa bir Ermənistan güləşçisi David Safaryanı 12:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, bu mərhələdə Nikolae Koyokaruya (Almaniya) qalib gəlib - 6:0. Güləşçimiz finalda Mustafa Kaya (Türkiyə) ilə qarşılaşacaq.
79 kiloda güləşən Cəbrayıl Həsənov təsnifat mərhələsində Nika Kentçadze (Gürcüstan), 1/4 finalda isə almaniyalı Franko Mario Buettneri məğlub edərək yarımfinala yüksəlib. O, bu mərhələdə Andrey Karpaçla (Belarus) qarşılaşıb və qalib gələrək finala çıxıb. Həsənov həlledici görüşdə Ahmed Hacımaqomedovla (Rusiya) üz-üzə gələcək.
57 kqda Mahir Əmiraslanov startda Moldova təmsilçisinə qalib gəlsə də, 1/4 finalda Türkiyə güləşçisinə uduzub. Ancaq rəqib finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə çıxacaq.
Püşkdə bəxti gətirməyən Nurməhəmməd Hacıyev ( 97 kq) startda olimpiya, dünya və Avropa çempionu Abdulrəşid Sadullayevlə qarşılaşıb və uduzub. Ancaq titullu rəqib finaladək irəlilədiyi üçün Hacıyev təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, final və təsəlliverici görüşləri sabah keçiriləcək.
57 kq
1/8 final mərhələsi
Mahir Əmiraslanov - Aleksandru Kirtoaka (Rumıniya) - 9:7
1/4 final
Mahir Əmiraslanov - Süleyman Atlı (Türkiyə) - 3:6
Təsəlliverici görüş
Mahir Əmiraslanov - Zuheyir Əl Oraj (Fransa)
65 kq
Təsnifat mərhələsi
Hacı Əliyev - Hüseyn Şaxbanov (Belarus) - 7:2
1/8 final
Hacı Əliyev - Vazgen Tevanyan (Ermənistan) - 1:0
1/4 final
Hacı Əliyev - Naçin Kular (Rusiya) - 5:3
1/2 final
Hacı Əliyev - Maksim Sakultan (Moldova)
Final
Hacı Əliyev - Selahəttin Kılıcsallayan (Türkiyə)
70 kq
Təsnifat mərhələsi
Ağahüseyn Mustafayev - Məhəmmədrəsul Qazıməhəmmədov (Rusiya) - 5:3
1/4 final
Ağahüseyn Mustafayev - David Safaryan (Ermənistan) - 12:2
1/2 final
Ağahüseyn Mustafayev - Nikolae Koyokaru (Böyük Britaniya) - 6:0
Final
Ağahüseyn Mustafayev - Mustafa Kaya (Türkiyə)
79 kq
Təsnifat mərhələsi
Cəbrayıl Həsənov - Nika Kentçadze (Gürcüstan) - 6:5
1/4 final
Cəbrayıl Həsənov - Franko Mario Buettner (Almaniya) - 12:1
1/2 final
Cəbrayıl Həsənov - Andrey Karpaç (Belarus) - 9:4
Final
Cəbrayıl Həsənov - Ahmed Hacımaqomedov (Rusiya)
97 kq
1/8 final mərhələsi
Nurməhəmməd Hacıyev - Abdulrəşid Sadullayev (Rusiya) - 0:3
Təsəlliverici görüş
Nurməhəmməd Hacıyev - Gennadi Kudinoviç (Almaniya)
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər