“Qarabağ” – “Metallurq” matçından öncə mətbuat konfransı keçiriləcək

XƏBƏR 29 İyun 2010 / 15:12 1879
-  A +

Avropa Liqasının birinci mərhələsində baş tutacaq “Qarabağ” – “Metallurq” oyunundan öncə mətbuat konfransı keçiriləcək. Qol.Az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, artıq həmin konfransın vaxtı da bəllidir. 30 iyun saat 19:15-də “Qarabağ” və “Metallurq” komandalarının baş məşqçiləri, eləcə də bir futbolçunun iştirakı ilə mətbuat konfransı keçiriləcək. “Metallurq”un son məşqi saat 20:00-da, “Qarabağ”ın məşqi isə 21:00-da nəzərdə tutulub.
Mətbuat konfransı oyunun keçirələcəyi Tofiq Bəhramov adına respublika stadionun mətbuat zalında keçiriləcəkdir.


 


Son xəbərlər