"Bu qalibiyyət futbolçulara arxayınlıq yox, istək gətirməlidir" - Ayxan Abbasov

"Bu qalibiyyət futbolçulara arxayınlıq yox, istək gətirməlidir" - <b style="color:red">Ayxan Abbasov </b>
PREMYER LİQA 6 Aprel 2019 / 18:52 1400
-  A +

"Çətin və önəmli oyun idi. İki komanda da eyni durumdadır. Heç-heçə hesabı onları qane etsə də, bizə qələbə lazım idi. Sonuncu yeri tutmamağa çalışacağıq".

Qol.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 23-cü turunda evdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

38 yaşlı mütəxəssisin sözlərinə görə, klub rəhbərliyi və azarkeşlər oyun ərəfəsində komandaya böyük dəstək veriblər: "Hesabı açandan sonra qol buraxsaq da, ikinci yarıda dəyişikliklər etdik. Önəmli qələbə qazandıq. Bundan sonra əlimizdən gələni edəcəyik ki, sonuncu sıraya düşməyək. Son matçlarda da pis oynamamışıq. Həm mənə, həm də komandaya vaxt lazımdır. Bir çox oyunçumuzda inkişafın olduğu hiss edilir. Qorxduğumuz o idi ki, AzərbaycankKubokunun yarımfinal oyunları ərəfəsində pis durumda olaq. Bu qalibiyyət futbolçulara arxayınlıq yox, istək gətirməlidir".

 

Daha çox


Son xəbərlər
19.07.19  11:50

"Roma"dan yeni transfer

19.07.19  10:30

UEFA-nın yeni reytinqi