“Xəzər Lənkəran”da növbəti kadr dəyişikliyi

“Xəzər Lənkəran”da növbəti kadr dəyişikliyi
ÖLKƏ FUTBOLU 29 İyun 2010 / 14:00 2538
-  A +

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Xəzər Lənkəran”da növbəti kadr dəyişikliyi baş verib. Qol.Az-ın məlumatına görə, uzun müddət cənub klubunun mətbuat xidmətinə rəhbərlik etmiş Tural Əskərov klubdan ayrılıb.
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Əskərovun klubdan öz istəyi ilə ayrıldığını deyib. Nadirov bildirib ki, Əsgərob özünə yeni iş tapdığından, klubdan ayrılıb.

Lakin T.Əskərovun özü Qol.Az-a açıqlamasında heç də özünə yeni iş yeri tapdığı üçün klubla yollarını ayırdığını təsdiqləməyib. Onun sözlərinə görə, “Xəzər Lənkəran”dan ayrılsa da, hələlik yeni iş yeri tapmayıb. İstefasının təfərrüatları haqda danışmayan Əskərov onu da bildirib ki, çox güman fəaliyyətini yenə futbol sahəsində davam etdirəcək. “Xəzər Lənkəran”ın mətbuat xidmətinə isə bundan sonra Yalçın Əliyev rəhbərlik edəcək.

Daha çox


Son xəbərlər