“Xəzər Lənkəran"nın rəqibi: "Futbolda qolu pul vurmur"

“Xəzər Lənkəran"nın rəqibi: "Futbolda qolu pul vurmur"
MÜSAHİBƏ 29 İyun 2010 / 13:02 2801
-  A +

Avropa Liqasında “Xəzər Lənkəran”ın rəqibi “Olimpiya”nın yarımmüdafiəçisi İbrahim Kamara Moldova mətbuatına müsahibə verib. 2009-2010-cu il mövsümündə 22 oyunda meydana çıxan 17 yaşlı qvineyalı futbolçu iddialı danışıb.
“Komandada atmosfer qaydasındadır və hamı oyuna hazırdır. Heç nədən qorxmuruq. Rəqib komandanın üzvləri də bizim kimi adamlar, futboçulardır. Uşaqlarda bir az həyəcan olsa da, əminliklə deyə bilərəm ki, heç nədən çəkinmirlər".
- Rəqibi tanımağa imkan tapa bilmisiniz?
- Rəqibin çempionat oyunlarının videoyazısına baxmışıq. Hesab edirəm ki, “Xəzər”ə qarşı oynamaq mümkündür.
- “Xəzər”in büdcəsinin çox olması sizi narahat etmir ki?
- Büdcələrdə xeyli fərq var. Ancaq bu, futboldur və burada pullar qol vurmur. Ən əsası meydana çıxıb hansı məqsəd uğrunda mübarizə apardığımızı göstərməliyik.
- İlk oyunu səfərdə keçirməməyinizi üstünlük hesab edirsənmi?
- Dəqiq deyə bilmərəm. Ancaq düşünürəm ki, bəli. Avropa Liqasının ilk oyununu doğma azarkeşlər önündə keçirmək çox təqdirəlayiq və sevindiricidir.
- Konkret məqsəd nədən ibarətdir?
- İlk oyunda qələbə qazanmaq lazımdır. Bu halda asan olacaq. Əlbəttə ki, mümkün qədər irəli getməliyik.
- Bu, sənin üçün Avropa arenasında debüt olacaq?
- Bəli. Lakin “Xəzər”ə qarşı oynamaq olar. Əvvəlcədən deyə bilmərəm ki, necə alınacaq. Bu futboldur və meydana çıxıb oynamaq lazımdır. Çox istərdim ki, qol vurum, ancaq komandam da qələbə qazansın.
- “Xəzər”i hansı hesabla məğlub etmək sərfedici olar?
- Daha çox qol vurmalıyıq. İnanıram ki, biz rəqibi üstələmək gücündəyik. Heyətimizdə olan futbolçuların səviyyəsinə güvənərək, belə fikirdəyəm. Oyun 0:0 hesabıyla başlayacaq və sonda matçın necə alındığı görünəcək. - Oyunun Beltsıda yox, Kişinyovda keçirilməsi komandanı təzyiq altında saxlamaz?
- Orada nə edəcəyik ki?! Əlbəttə, komandanın öz şəhərində oynamasını istərdik. Ancaq bildiyimə görə, stadionumuzda Avropa Liqası oyunlarını keçirmək olmaz.
- Necə fikirləşirsən, oyuna çox azarkeş gələcək?
- Düşünürəm ki, çox. Onlar sırasında Beltsıdan çox olacaq. Bizim şəhər komandamızı çox sevir!

mənbə: sports.md

Daha çox


Son xəbərlər