“Xəzər Lənkəran”ın növbəti qələbəsi

XƏBƏR 22 Yanvar 2009 / 18:15 2719
-  A +

Bu gün Antalyada “Xəzər Lənkəran” növbəti sparrinqi-matçında Qazaxıstanın ortabab komandalarından olan “Atırau”yla qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb. Qol.Az-ın məlumağına görə, yeganə qola Klaudio Radukanunun qazandığı penalti zərbəsini yerinə yertirən Ceyhun Sultanov imza atıb.
İqor Ponomaryov əsas heyətdə meydana əvvəlki qarşılaşmalarda daha çox ehtiyatda qalmış futbolçuları - Kramarenko, Məmmədov, Muammer, Denis Silva, Göksel, Bençena, Qurbanov, Renato, Əmirquliyev, Sultanov, Radukanunu buraxıb.
İkinci yarıda meydana Junior Osvaldo və Romulo Silvano daxil olub.
Komandanın rəisi Səməd Mustafayevin verdiyi bilgiyə görə, oyun əvvəldən sonadək Lənkəran klubunun ərazi üstünlüyü şəraitində keçib. Qazaxıstan klubunun futbolçuları 90 dəqiqə ərzində yalnız bir neçə təhlükəli vəziyyət yaratmağa müvəffəq olublar. «XL»in heyətində daha çox Sultanovla meydana ikinci hissənin əvvəllərində daxil olmuş Junior Osvaldo seçilib.
“Xəzər Lənkəran” növbəti yoxlama matçında yanvarın 24-də Rusiya çempionatının birinci dəstəsinin təmsilçisi olan “SKA-Energiya”yla (Xabarovsk) qarşılaşacaq. Sabah isə İqor Ponomaryov komandanı iki dəfəli məşq rejimində çalışdıracaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı