Türkiyə klubu İlqar Qurbanovla münasibətlərini rəsmiləşdirdi

ÖLKƏ FUTBOLU 29 İyun 2010 / 12:47 2155
-  A +

“Olimpik-Şüvəlan”la yollarını ayıran İlqar Qurbanovla “Karvan”ın müdafiəçisi Ernani Pereyranı transfer siyahısına daxil edən Türkiyənin Bank Asya Birinci Liqasının təmsilçisi “Mersin İdmanYurdu” artıq həmin futbolçulardan biri ilə münasibətlərini rəsmiləşdirib. Qol.Az-ın sözügedən klubun rəsmi saytına istinadən məlumatına görə, klub rəhbərliyi İlqar Qurbanovla iki illik müqavilə imzalayıb. Pereyrayla isə prinsip anlaşma əldə edən “Mersin İdman Yurdu” rəhbərliyi hələlik onunla bağlı qəti qərar verməyə tələsmirlər. Güclü mərkəz müdafiəçisinə ehtiyac duyan klub başbilənləri başqa oyunçu tapa bilməsə, çox güman ki, həmin mövqeyə məhz braziliya əsilli olmasına baxmayaraq, Azərbaycan vətəndaşlığının daşıyan Ernanini transfer edəcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın