Şok! «Xəzər Lənkəran»ın qapalı məşqi internetdə canlı yayımlandı

ÖLKƏ FUTBOLU 29 İyun 2010 / 12:42 2658
-  A +

Avropa Liqasının oyunlarına hazırlaşan «Xəzər Lənkəran» klubunun dünən Bakı vaxtı ilə saat 19.50-21.00 aralığında gerçəkləşən qapalı məşqi İnternet vasitəsilə azarkeşlərə onlayn rejimdə təqdim edilib. Qol.Az-ın «Futbol+» qəzetinə istinadən verdiyi məlumata görə, Moldovanın sports.md saytı faktiki olaraq, «Xəzər Lənkəran»ın rəqibi olan «Olimpiya»nın casusu rolunu yerinə yetirir. Saytın rəhbəri Roman Rusov bildirib ki, məşqi internetdə izləyənlər arasında 25-ə yaxın azərbaycanlı azarkeş də olub. Moldovalı jurnalistlərin «Xəzər Lənkəran»ın qapalı məşqinə necə girməsi barədə suala cavabında R.Rusov bunları deyib: «Bizi «Zimbru» stadionuna buraxmasalar da, yaxınlıqdakı hündür binalardan birinin üstünə qalxıb məşqi çəkə bildik. Hər kəs «Xəzər Lənkəran»ın futbolçularının məşqdə necə iştirak etdiyini, komandanın çatışmazlıqlarını gördü».

Daha çox


Son xəbərlər