“Bakı” Almaniya klubunu darmadağın etdi

XƏBƏR 29 İyun 2010 / 01:27 2108
-  A +

Avropa Liqasının ikinci mərhələsinin ilk oyunu çərçivəsində iyulun 15-də Bakıda Çernoqoriyanın “Buduçnost” klubu ilə qarşılaşacaq “Bakı”  qarşıdakı məsul yarışın hazırlığını Almaniyada davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən təlim-məşq toplanışı çərçivəsində "Bakı" ilk yoxlama oyununu keçirib. Azərbaycan təmsilçisinin rəqibi cənub zonası üzrə dördüncü dəstədə yarışan “SG-BOB” klubu olub.

Baş məşqçi Vinfred Şefer əsas heyətdə aşağıdakı futbolçulara şans verib:

23.Xalidu Sissoko, 4.Vadim Borets, 5.Stevan Bates, 8.Ernad Skuliç, 10.Joel Epalle, 12.Vyaçeslav Sofroni, 20.Fabio Luis Ramim, 21.Emin Cəfərquliyev, 32.Aleksey Savinov, 77.Aleksandr Soliç, 85.Jaba

"Bakı"nın tam üstünlüyü şəraitində keçən qarşılaşma paytaxt klubunun 17:0 hesablı qələbəsi ilə başa çatıb.

"Bakı"nın qollarına Jaba (3), Vyaçeslav Sofroni (2), Joel Epalle (2), Aleksandr Soliç (2), Fabio Luis Ramim (2), Vadim Borets (2), Stevan Bates, Əziz Quliyev, Adnan Bərəkət və Hacı Əhmədov imza atıblar.

İkinci yarıda isə "Bakı" bu heyətlə mübarizə aparıb:

13.Aqil Məmmədov, 3.Rafael Əmirbəyov, 7.Mahmud Qurbanov, 11.Adnan Bərəkət, 15.Cəmşid Məhərrəmov, 16.Hacı Əhmədov, 21.Emin Cəfərquliyev, 22.Səbuhi Həsənov, 27.Bəxtiyar Soltanov, 29.Əziz Quliyev, 85.Jaba

"Bakı" növbəti oyununu iyulun 4-də ikinci bundesliqa təmsilçisi “Koblents”ə qarşı keçirəcək.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi