Turkiyə millisi “Bakı”nın bazasında məskunlaşacaq

Turkiyə millisi “Bakı”nın bazasında məskunlaşacaq
XƏBƏR 28 İyun 2010 / 17:11 2120
-  A +

Türkiyə yığma komandası Avro-2012 seçmə mərhələsi çərçivəsində oktyabr ayının 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Türkiyə oyununa hazırlığı “Bakı” futbol klubunun təlim məşq bazasında keçirəcək. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, ötən həftə Türkiyə Futbol Federasiyasının (TFF) milli komandalar şöbəsinin müdiri Tan Kesler “Bakı”nın təlim-məşq bazası ilə tanış olub və şəraitdən razı qalıb. Əldə olunmuş razılığa görə, Türkiyə millisi oktyabrın 10-da Bakıya gələrkən məhz “zolaqlılar”ın təlim-məşq bazasında məskunlaşacaq.
Almaniya millisi də analoji addım atmaq niyyətindədir. Dünya çempionatı başa çatdıqdan sonra Bundestimin menecerləri “Bakı” futbol klubunun bazasına baş çəkəcəklər. Razılıq əldə olunacağı təqdirdə Almaniya yığma komandası 07.06.2011-ci il tarixdə keçiriləcək Azərbaycan – Almaniya oyununa “Bakı” futbol klubunun təlim-məşq bazasında hazırlaşacaq.


Son xəbərlər