"Neftçi"nin yeni transferi: “DÇ-nin qalibi Braziliya olacaq”

"Neftçi"nin yeni transferi: “DÇ-nin qalibi Braziliya olacaq”
ÖLKƏ FUTBOLU 28 İyun 2010 / 17:07 2506
-  A +

"Son mövsümü Braziliya çempionatında keçirmişəm. Yəqin mənimlə razılaşarsınız ki, Braziliya çempionatı çox çətin keçir. Orada çoxlu güclü futbolçular çıxış edir. Formasını daşıdığım "İtuana"nın oyunlarını Avropanın bir çox klublarının seleksionerləri izləyir. "Neftçi"nin mənimlə maraqlandığını eşidəndə, xəritədə Azərbaycanı axtarmağa başladım. Bu klubun rəhbərliyinin yeni mövsümdə iddialı komanda yaratmaq istəyi və mənim transferimdə fəallıq göstərməsi məni çox razı saldı. Avstraliyanın "Melburn" komandasının heyətində çempionluq sevinci yaşamışam. İnanıram ki, "Neftçi"nin heyətində də qızıl medalları qazanacağam". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi olan braziliyalı müdafiəçi - Alessandro Viana da Silva klubun rəsmi saytına açıqlamasında deyib.
O, hazırda davam edən futbol üzrə dünya çempionatı ilə bağlı da fikirlərini bildirib: "Etiraf edim ki, bu dünya çempionatı bir qədər maraqsız keçir. Braziliya yığmasına gəldikdə düşünürəm ki, CAR-da keçirilən dünya çempionatının qalibi məhz Dunqanın yetirmələri olacaq. Braziliyalılar digər yığmalara nisbətən bir baş daha üstün görünür".

Daha çox


Son xəbərlər