“Qarabağ” “Metallurq”la oyunun son hazırlıqlarına başladı

XƏBƏR 28 İyun 2010 / 17:03 1689
-  A +

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” məşqlərini davam etdirir. Avroliqanın birinci turunda Makedoniyanın “Metallurq” klubunu qəbul edəcək Ağdam təmsilçisi oyunun keçirələcəyi Tofiq Bəhramov adına respublika stadionunda məşqlərini davam etdirir. “Olimpik-Şüvəlan”la oyundan sonra futbolçulara baş məşqçi Qurban Qurbanov tərəfindən 1 günlük icazə verilmişdi. İstirahəti başa vuran ağdamlılar artıq gündə bir dəfə olmaqla məşqlərini davam etdirir.  Son yoxlama matçını buraxan Samir Abbasov və Rəşad Kərimov da artıq məşqlərə qoşulub. Bu gündən etibarən isə “Qarabağ” sırf “Metallurq”la əlaqədar “kamp”a yığışacaq. Komada oyun gününə qədər Bakıdakı otellərdən birində məskunlaşacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı