"Essyen istədiyimiz formada deyil" - Aftandil Hacıyev

"Essyen istədiyimiz formada deyil" - Aftandil Hacıyev
PREMYER LİQA 30 Mart 2019 / 18:22 4959
-  A +

"Gözlədiyimiz kimi hər oyun gərgin keçir. Maraqlı oyun alındı. Planlaşdırdıqlarımı reallaşdırmağa çalışdıq. İlk hissəni epizodlara görə aktivimizə yazmaq olar. Fasilədən sonra çətin olacağını bilirdik. Futbolçular xarakter göstərdilər. Qələbə qazandıq və oyunçularımızı təbrik edirəm. Bundan sonra hər xal bizim üçün bizim üçün çox qiymətlidir. Qarşıda çətin oyunlar var. "Zirə" beş oyun uduzmurdu. Rəqibə uğurlar arzulayıram".

Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 22-ci turunda səfərdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis  tanınmış futbolçu Maykl Essyenə niyə şans vermədiyi barədə də danışıb: "Onun meydana çıxması planda var idi. Matçın gedişatından çox şey asılıdır. Qarşıdakı oyunlarda ona şans verə bilərik. Tanınmış futbolçudur, amma istədiyimiz formada deyil. Azarkeşlərimizə də təşəkkür edirəm".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki