“Neftçi” Avstriyada “Beşiktaş”la yanaşı “Otselul” və “Zaqelebie” ilə qarşılaşacaq

“Neftçi” Avstriyada “Beşiktaş”la yanaşı “Otselul” və “Zaqelebie” ilə qarşılaşacaq
XƏBƏR 28 İyun 2010 / 14:11 1922
-  A +

"Neftçi" PFK Unibank Premyer Liqasının 2010/11 mövsümünə hazırlığın ikinci mərhələsini Avstriyada keçəcək. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, bu məqsədlə komanda iyulun 1-də Avstriyanın Ossendorf şəhərinə yollanacaq. "Neftçi" bir çox məşhur klubların təlim-məşq toplanışı keçmək üçün özlərinə məskən seçdikləri Ossendorfda yoxlama görüşlərində qüvvəsini sınayacaq. Arif Əsədovun rəhbərlik etdiyi kollektiv təlim-məşq toplanışı çərçivəsində 3 yoldaşlıq matçına çıxacaq. İyulun 3-də "Beşiktaş"la qarşılaşacaq "ağ-qaralar" iyulun 6-da Rumıniyanın "Otselul", iyulun 9-da isə Polşanın "Zaqlebie" klubları ilə oynamağı planlaşdırır.

Daha çox


Son xəbərlər