AFFA-nın keçmiş baş katibi: «İnter»in «Birlik kuboku»ndakı uğurunun Azərbaycan futboluna heç bir faydası olmayacaq»

AFFA-nın keçmiş baş katibi: «İnter»in «Birlik kuboku»ndakı uğurunun Azərbaycan futboluna heç bir faydası olmayacaq»
ÖLKƏ FUTBOLU 22 Yanvar 2009 / 17:13 3051
-  A +

«Nə olsun ki, «İnter» «Birlik kuboku»nda yarımfinala çıxıb. Bu komandanın yarışda uğur qazanmasının Azərbaycana heç bir faydası olmayacaq». Bu fikirləri Qol.Az-a açıqlamasında AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov bildirib. «Məsələ burasındadır ki, «İnter» əsasən əcnəbi futbolçulardan ibarətdir. Mən bunun qəti əleyhinəyəm. Hətta Rusiya telekanallarında şərhçi bu klubu beynəlilməl komanda adlandırdı». Onun qənaətincə, Rusiya, Ukrayna, Belarus, Baltikyanı ölkələr güclü komandalarını yarışa buraxsaydı, «İnter» üçün çətin olardı: «Görün, yarış nə günə qalıb ki, həmişə böyükhesabla uduzan Qırğızıstan təmsilçisi ¼ finala çıxmışdı. Tacikistanın komandası da həmçinin».
AFFA-nın keçmiş rəsmisi bildirib ki, «İnter»in əsas vəzifəsi milli komandaya oyunçular vermək və Avropamiqyaslı yarışda uğurlu çıxış etməkdir: «Belə gedişlə, milli komandamız da əcnəbilərin komandasına çevriləcək. Ola bilər ki, bu, kimlərəsə sərf edir, gəlir qazandırır. Qitə yarışına gəlincə, ilk mərhələ keçməyi uğur hesab etmirəm. Burda sevinməli nə var ki?! Yalnız qrup turnirlərinə vəsiqə qazansaq, bunu uğur saymaq olar. Necə ki, BATE Çempionlar liqasında buna nail oldu».  

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki