“İnter” MOİK-ə də qalib gəldi

XƏBƏR 28 İyun 2010 / 13:25 1684
-  A +

Bolqarıstanın Pravets şəhərində yay təlim-məşq toplanışını davam etdirən Unibank Premyer Liqasının son qalibi Bakının "İnter" klubu növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Bolqarıstan çempionatının gümüş mükafatçısı Sofiya şəhərinin MOİK klubu ilə qarşılaşan Kaxaber Sxadadzenin komandası rəqibinə minimal hesabla qalib gəlib - 1:0. "İnter"in heyətində Petar Zlatinov fərqlənib. Paytaxt komandasının yeni transferi Jivko Jelev isə qırmızı vərəqə alması ilə diqqət mərkəzinə düşüb. Matçın başa çatmasına 10 dəqiqə qalmış bolqarıstanlı legioner komandasını azlıqda qoyub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında “Lex”lə düşən “İnter” MOİK-dən əvvəl "Pravets"i 6:1, "KİM Minyol"u 3:1 və “Botev”i isə 2:1 hesabı ilə məğlub etmişdi.

Daha çox


Son xəbərlər