“Bakı” olimpiya çempionunu transfer etdi

“Bakı” olimpiya çempionunu transfer etdi
ÖLKƏ FUTBOLU 28 İyun 2010 / 11:58 2677
-  A +

“Bakı” klubu cari mövsümdə növbəti transferini reallaşdırıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Kamerun milli komandasının yarımmüdafiəçisi Coel Didon Epalleni (Joel Dieudonne Epalle) transfer edib.

Kubunuzun vitse-prezidenti Tunc Afşar bildirib ki, afrikalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

32 yaşlı Epalle karyerasının böyük hissəsini Yunanıstanda keçirib. Bu ölkədə “Etnikos”, “Panaxaiki”, “Aris”, “Panatinaikos” və “İraklis”in şərəfini qoruyan yeni transferimizin son klubu Almaniya “Bohum”u olub.

Bu klubda 100-ə yaxın oyun keçirən Epalle “Ramolunmaz şirlər”in heyətində 2000-ci ildə Sidneydə keçirilən yay olimpiya oyunlarını qızıl medallarını qazanıb.

Kamerunlu yarımmüdafiəçi eyni zamanda millinin heyətində 2002-ci ildə keçirilən dünya çempionatının, növbəti ildə isə Konfederasiya kubokunun iştirakçısı olub

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord