"Bakı" dünya səviyyəli layihəyə start verir

XƏBƏR 27 İyun 2010 / 13:07 2556
-  A +

Klub peşəkarlaşma istiqamətində önəmli addımlarından birini atır. Azərbaycan Kubokunun qalibi və vitse-çempion "Bakı" futbol klubu "Böyük Bakı -2012" layihəsi çərçivəsində CRM (Customer Relationship Management) sisteminin tətbiqinə başlayır.

CRM (Customer Relationship Management) nədir?

Müasir texnologiyalara əsasən, CRM sistemləri futbol klublarına bütün azarkeşlərlə sıx münasibətdə olmaq və onların hər biri ilə əlaqə yaratmağa imkan verir. CRM müştərilərlə əlaqələri yaxşılaşdıraraq şirkətlərin marketinq hədəflərinin reallaşdırılması üçün tələb olanan strategiyadır.

Bu sistem klub azarkeşləri ilə iş, kassalarda bilet ,abonoment ,klub atributlarının satışı, trenajor və idman zalları, idman sahələri və meydanların səmərəli istifadəsi, kafe, fanshop tipli fəaliyyətlərin intellektual idarəsi, oyun zamanı avtomatlaşdırılmış mətbəx və iaşə xidmətlərin in təşkili, axtarış sistemi, geniş azarkeş bazası ilə sıx əlaqələr yaratmaq, elektron hesabatların hazırlanması imkanı verir.

Bu sistem dünya səviyyəsininin standartıdır və bir cox böyük klublar CRM sistemindən faydalanırlar. Artıq proqram təminatı üzərində işlərə start verilib. "Bakı" futbol klubu üçün CRM proqram təminatı işləri Almaniya universitetlərindən birində fəaliyyət göstərən proqramlaşdırma üzrə mütəxəssislər qrupu tərəfindən aparılır.

Yaxın 2 ay ərzində sistemin test çalışmaları mərhələsinə keçəcəyi planlaşdırılır. CRM sisteminin tətbigi ilə Azərbaycanda azarkeşlər və idman həvəskarları ilə iş ən müasir dünya tələlərinə uyğun səviyyədə qurulacaq.

"Bakı" futbol klubu MDB və Şərqi Avropa məkanında CRM sistemini tətbiq edən ilk qurumlardan biri kimi tarixə düşür. MDB məkanında CRM sistemini ilk olaraq Moskvanın "Lokomotiv" klubu tətbiq etməyə hazırlaşır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı