Ronaldo zədəsindən danışdı - "Narahat deyiləm"

Ronaldo zədəsindən danışdı - "Narahat deyiləm"
DÜNYA FUTBOLU 26 Mart 2019 / 11:50 3324
-  A +

Dünən AÇ-2020-nin seçmə mərhələsinin Serbiya ilə səfər oyununda (1:1) zədələnən Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo vəziyyətindən danışıb.

Qol.az-ın "Football İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, 34 yaşlı hücumçu zədəsinin ciddi olmadığını bildirib:

"Bu zədəyə görə narahat deyiləm. Öz bədənimi tanıyıram. Düşünürəm ki, mənə təxminən 2 həftə vaxt lazımdır. Bundan sonra hər şey qaydasında olacaq".

Qeyd edək ki, Serbiya ilə matçda sol ayaq əzələsini dartan "Yuventus"un forvardı 30-cu dəqiqədə öz istəyi ilə əvəzlənib.


Son xəbərlər