"Fasilə işimizə yaradı" - Sənan Qurbanov

"Fasilə işimizə yaradı" - Sənan Qurbanov
ÖLKƏ FUTBOLU 25 Mart 2019 / 18:50 1926
-  A +

"Neftçi" ilə oyundan sonra futbolçularımız istirahətə buraxıldı. Martın 20-dən məşqlərimizi bərpa etdik. Görünən odur ki, oyunçularımız yaxşı istirahət etmişdilər. Həmin gündən indiyə qədər olan məşq planımız oyunla tamamlanmalı idi. Bugünkü oyundan da razı qaldıq. Çünki sürətli oyun gözləyirdik, elə də oldu. Futbolçularımız mübarizə apardılar".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov "Sumqayıt"la yoxlama oyunundan (2:1) sonra deyib.

" Sabahdan etibarən "Sabah"la oyunun hazırlığına başlayacağıq. Həkimlər söz veriblər ki, zədəli oyunçularımızdan Voislav Stankoviç komandaya qoşulacaq. Ancaq bu, hələ yekun qərar deyil. Digər oyunçularımız Elvin Camalov və Rasim Ramaldanov isə bu həftə həkim nəzarətindən sonra komandaya qoşulacaqlar. Çempionatda yaranmış fasilə bizim işimizə yaradı. Bundan maksimum yararlanmağa çalışdıq" -deyə o bildirib.

Daha çox


Son xəbərlər