"Qarabağ"da ciddi itki - 10 gün oynamayacaq

"Qarabağ"da ciddi itki - 10 gün oynamayacaq
ÖLKƏ FUTBOLU 25 Mart 2019 / 16:03 2228
-  A +

Dünən "Zirə"ylə yoxlama oyununda (2:1) zədələnən "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçakın durumuna aydınlıq gəlib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, polşalı futbolçu ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, 32 yaşlı oyunçu Topaz Premyer Liqanın 22-ci turunun "Sumqayıt"la səfər matçını buraxacaq.

Qeyd edək ki, aprelin 1-də keçiriləcək "Sumqayıt" - "Qarabağ" görüşü 18:30-da başlayacaq.

Daha çox


Son xəbərlər