"Argentina yığmasının formasını geyinməyə layiq deyillər" - Maradona

"Argentina yığmasının formasını geyinməyə layiq deyillər" -  Maradona
DÜNYA FUTBOLU 25 Mart 2019 / 15:50 4361
-  A +

"Bu komanda Argentina yığmasının formasını geyinməyə layiq deyil. Bu yalançılara inanan argentinalılar üçün üzgünəm".

Qol.az xəbər verir ki, bu sözləri dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona deyib.

Ölkəsinin mətbuatına açıqlamasında milli komanda üzvlərini sərt şəkildə tənqid edən Argentinalı keçmiş hücumçu yığmada problemlərin olduğunu bildirib:"Komandada doğru işlər görə biləcək liderlər olmalıdır. Bu, tək Lionel Messi ilə həll ola bilməz. Messi özü möhtəşəm futbolçudur, ancaq komandada problemlər var".

 

 


Son xəbərlər