"Hamı bizə qarşı 200 faiz motivasiya ilə oynayır" - Daliç

"Hamı bizə qarşı 200 faiz motivasiya ilə oynayır" - Daliç
DÜNYA FUTBOLU 25 Mart 2019 / 14:05 2274
-  A +

"Rəqibi yaxşı, aqressiv oyun və qələbə münasibətilə təbrik etmək lazımdır. Hesabı açdıqdan sonra oyunun sürətini saxlaya bilmədik. Macarıstanın motivasiyası isə qələbə qazanmağa bəs etdi. Bilirdik ki, bu qrupda işimiz asan olmayacaq".

Qol.az-ın "sportske.hr" saytına istinadən məlumatına görə, bu sözləri AÇ-2020-nin seçmə mərhələsinin ikinci turunda Macarıstana 1:2 hesabı ilə uduzduqları oyundan sonra Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib. Məğlubiyyəti şərh edən mütəxəssis rəqiblərin onlara qarşı daha motivasiyalı oynadığını bildirib:

"İkinci hissədə oyuna nəzarət edib, qol epizodları yaxalasaq da, hücumları məntiqi sonluqla tamamlaya bilmədik. Bu barədə problemlərimiz oldu. Növbəti matçlarda daha çox işləməli, mübarizə aparmalı və aqressiv oynamalıyıq. Bütün rəqiblər Xorvatiyaya qarşı 200 faiz motivasiya ilə oynayırlar. Çünki biz dünya çempionatının finalçısıyıq".


Son xəbərlər