"Mbappeni dayandırmağın yolunu tapmalıyıq" - Halldorsson

"Mbappeni dayandırmağın yolunu tapmalıyıq" - Halldorsson
DÜNYA FUTBOLU 25 Mart 2019 / 13:37 5810
-  A +

"Qarabağ"ın qapıçısı Hannes Halldorssonun formasını geyindiyi İslandiya millisi bu gün AÇ-2020-nin seçmə mərhələsinin ikinci turunda səfərdə Fransanın qonağı olacaq.

Qol.az-ın İslandiya mətbuatına istinadən yaydığı xəbərə görə, 34 yaşlı qolkiper dünya çempionları ilə keçirəcəkləri görüş haqda fikirlərini açıqlayıb. Təcrübəli qapıçı rəqibdən xal ala biləcəklərini istisna etməyib:

"Biz elə komandayıq ki, istənilən rəqibdən xal ala bilərik. Amma bunun üçün yaxşı günümüzdə olmalıyıq. Fransa ilə oyunda da meydana özümüzə inanaraq çıxacağıq. "

Fransızların heyətində Kilian Mbappeni xüsusi fərqləndirən Halldorsson hələ ötən ilin oktyabr ayında bu rəqiblə yoldaşlıq oyununda (2:2) 20 yaşlı hücumçunun meydana daxil olduqdan sonra komandasını məğlubiyyətdən xilas etməsini xatırlayıb: "Futbola çox az baxıram. Mbappeni də bizə qarşı oyunda görmüşdüm. Açıq-aydın görünür ki, səviyyəli futbolçudur. Meydana daxil oldu və oyunun axarını dəyişdi. 90 dəqiqə Kilina qarşı mübarizə aparmalı və onu dayandırmağın yolunu tapmalıyıq".

Qeyd edək ki, bu gün keçiriləcək Fransa - İslandiya oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Son xəbərlər